Azərbaycanlı hərbi əsir valideynlərinə məktub ünvanlayıb
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistandakı təmsilçiləri azərbaycanlı hərbi əsir Roman Hüseynova baş çəkib. BQXK-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı İlahə Hüseynova hərbi əsirin vəziyyətinin yaxşı olduğunu bildirib: "İyunun 30-da əsir Roman Hüseynov ailəsinə məktub ünvanlayıb. Məktubda onun sağ-salamat olduğu bildirilir. Komitənin nümayəndələri də Roman Hüseynovun yaxşı olduğunu bildirib. Hazırda əsirlərlə bağlı Qızıl Xaç Komitəsinin nümayəndələri çalışır".
Tofiq Əliyev
O.M.
Digər xəbərlər