Şuşada erməni cütlük "at oynadıb" - FOTO

Şuşada erməni cütlük "at oynadıb" - FOTO

12 May 2015 13:40
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənilər yeni evlənənləri "sahibsiz" adlandırıblar

Mediainfo.az-ın əldə etdiyi məlumata görə, bu yaxınlarda Şuşada toy korteji diqqət mərkəzində olub. Belə ki, Yerevanın imkanlı ailələrinin cavanları ailə həyatı qurublar. Cütlük dostları ilə bərabər bu toyu yaddaşlara həkk etdirməkdən ötrü Şuşaya səfər ediblər. Siqnallarla şəhərə daxil olan kortej ermənilərlə doldurulmuş şəhəri lərzəyə gətirib. Baş verənləri korteji müşayiət edən videokameraman lentə alıb, fotoqraf isə cavanların şəkillərini çəkib.a yaşayan ermənilərin belə əsəblərini korlayıb. Cavanları, həmçinin şəhəri sahibsizlikdə ittiham edən ermənilər bu hadisəni qınayıblar. Sakitçiliyə alışan ermənilər belə səs-küyün təkrarlanmamasından ötrü lazımi tədbirlərin görülməsini tələb ediblər.

Xəbər Ermənistanın internet portallarında geni yer alıb.

Mediainfo.az