
Bakıda 16 mərtəbəli binada yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə
Xidmətindən verilən məlumata görə, bu gün saat 11.00
radələrində Tbilisi prospekti, 86 ünvanında yanğın qeydə alınıb. 16
mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki mənzildə meydana gələn yanğın
nəticəsində 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisə
yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı tezliklə
alınıb.
Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.
O.M.
Digər xəbərlər