Telman İsmayılov qurultaya 1 milyon dollarlıq avtomobillə gəlib

Telman İsmayılov qurultaya 1 milyon dollarlıq avtomobillə gəlib

5 İyul 2011 13:02
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur azərbaycanlı milyarder Telman İsmayılov Dünya Azərbaycanlılarının III Qurultayında iştirak etmək üçün Bakıya gəlib. APA-nın məlumatına görə, məşhur milyarder jurnalistlərə açıqlama verməyib. T. İsmayılov qurultayın keçirildiyi Heydər Əliyev Sarayına özünün "Rolls-Royce Phantom" avtomobili ilə gəlib. Xüsusi sifarişlə hazırlanmış, 1 milyon ABŞ dollarından baha olan avtomobil Türkiyədən təyyarə ilə gətirilib. Hazırda Türkiyədə yaşayan T. İsmayılov bu ölkədəki 1,4 milyard dollarlıq "Mardan Palace" otelinin sahibi, Ümumrusiya Azərbaycanlıları Konqresinin və Avrasiya Yəhudiləri Konqresinin vitse-prezidentidir.

"Varlığa nə darlıq".

Tofiq Əliyev

O.M.