
Havada 8 saat asılı qaldılar
Şotlandiyanın Mozervel şəhərində 9 nəfər sürətli yelləncəyə (rollercoaster) mindi, bəlkə də həyatının ən pis 8 saatını yaşadı. Əyləncə parkındakı sürətli yelləncəkdə bəzi problemlər ortaya çıxınca yaşları 9 ilə 49 arasında dəyişən 49 nəfər 18 metr yüksəklikdəki platformada köməksiz qaldı. Hadisə yerinə gələn fövqəladə halların işçiləri gecə saatlarına kimi işlədikdən sonra müsbət nəticə əldə etdilər. Polis zərərçəkmişlərin sağlamlığında heç bir problem olmadığını vurğuladı. Park müdiri isə bu cür hadisə ilə nadir hallarda qarşılaşdıqlarını açıqladı.
Camaat göydə asılıb qalır, biz isə hələ də yerdə sürünürük...
Günel Həbib
O.M.
Digər xəbərlər