"Astoriya" Tibb Mərkəzi bağlanır!
Tibb mərkəzinin yerində otel olacaq
Bakıda yerləşən "Astoriya" Tibb Mərkəzi bağlanır. Belə ki, mərkəzin doğuş şöbəsinin işçilərinə may ayının 1-dən etibarən işə gəlməmələri tapşırılıb. Tezliklə digər şöbələrdəki xəstələr də evə buraxılacaq və mərkəz tamamilə bağlanacaq.
Xatırladaq ki, "Astoriya"nın doğuş şöbəsində dəfələrlə uşaq və ana ölümləri baş vermişdi. Səhiyyə nazirliyinin özəl klinikalarda keçirdikləri yoxlanışlardan sonra bu tibb mərkəzinin bağlanması haqda qərar qəbul olunub.
P.S. Əldə etdiyimiz məlumata görə, "Astoriya" otellə əvəzlənəcək.
Hazırladı: Könül Aypara
Digər xəbərlər
































































































