
Aksiz markası olmayan siqaret aşkarlanıb
Gəncə Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı İntiqam Meydarov saxlanılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, saxlanılan şəxsin əlindəki iki ədəd selofan torbadan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış cəmi 900 qutu müxtəlif adlı xarici siqaretlər götürülüb.
Faktla bağlı təhqiqat aparılır.
Mediainfo.az
Digər xəbərlər