
Narkotacirə 7 il “oxunub”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin alverində təqsirləndirilən Vahid Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Apa-nın məlumatına görə, məhkəmənin hökmü ilə V. Nuriyev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı V. Nuriyev saxlanılıb. Onun üzərinə baxış zamanı 2 kiloqram marixuana aşkarlanıb.
Mediainfo.az
Digər xəbərlər