
Rusiya səfirliyinin maşınına hücum
Bakıda Rusiya səfirliyinə məxsus avtomobilin şüşələri sındırılıb. "Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə aprelin 28-də gecə saatlarında baş verib.
1956-cı il təvəllüdlü sürücü Vladimir Fyodoroviç Zemlyanovun Xətai rayonu, Tağızadə küçəsində park etdiyi "Mitsubishi" markalı D 00407 nömrəli avtomobilin şüşələri sındırılıb.
Məlum olub ki, maşından 100 manat oğurlanıb.
Mediainfo.az
Digər xəbərlər