Fəhləni cərəyan vurdu

Fəhləni cərəyan vurdu

30 Aprel 2015 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Binəqədi rayonunda faciəli hadisə baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Qazax rayon sakini Feyruz Abdullayev Binəqədi qəsəbəsində fəhlə işlədiyi evdə elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az