
Traktor oğruları saxlanılıb
Bakıda oğurluq hadisələri törədən şəxslər saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aprelin 24-27-si tarixlərində Dərnəgül qəsəbəsində Bakı şəhər sakini Ülfət Ələsgərova məxsus "Bobsat S-175" markalı yükqaldırıcı traktor oğurlanıb.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Səbuhi Eldar oğlu Mirzəyev və Lerik rayon sakini, 1975-ci il təvəllüdlü Eldəniz Ağabala oğlu Məmmədov tutulub.
Mediainfo.az
Digər xəbərlər