
Vətəndaşdan külli miqdarda narkotik götürülüb
Bakıda əvvəllər məhkum olunmuş şəxsdə külli miqdarda narkotik aşkar edilib. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Camal Ağanəcəf oğlu Cəbrayılovdan 1,1 kq narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Mediainfo.az
Digər xəbərlər