
Cəsarət Valehov: “Bu il “Sabah” qruplarına imtahanlar 65 ixtisas üzrə keçiriləcək”
"Bu il "Sabah" qruplarının test mərhələsində iştirak etmək üçün 1630 nəfər sənəd verib. Onlardan 1277 nəfər imtahan mərhələsinə buraxılıb".
Apa-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.
C. Valehov bildirib ki, "Sabah" qruplarına imtahanlar 65 ixtisas üzrə keçiriləcək: "Bu il ilk dəfə olaraq, mədəniyyət və incəsənət ixtisasları da siyahıya daxil edilib".
Mediainfo.az
Digər xəbərlər