23 yaşlı azərbaycanlı beynəlxalq axtarışa verilib

23 yaşlı azərbaycanlı beynəlxalq axtarışa verilib

30 Aprel 2015 14:00
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna 23 yaşlı azərbaycanlı barəsində İnterpol xətti ilə axtarış elan edib. Apa-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1992-ci il təvəllüdlü Pənah Hüseynzadə qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə təqsirləndirilir. Ukrayna hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

Mediainfo.az