
46 manata 6 il həbs
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bakı şəhər sakini Arif İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə A.İsgəndərov 6 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, quldurluq hadisəsi keçən il Q.Qarayev prospektində qeydə alınıb. Beyləqan rayon sakini Cəfər Həsənov həmin ünvanda hücuma məruz qalıb. Həmin şəxs Cəfər Həsənova hədə-qorxu gələrək 46 manatını alıb.
Cəfər Həsənov quldurluq hadisəsi ilə üzləşməsi ilə bağlı 25-ci polis bölməsinə şikayət edib. O, şikayətində bildirib ki, ona qarşı quldurluq edən Arif adlı şəxs olub. Onun şikayəti əsasında polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Arif İsgəndərov həbs edilib. Arif İsgəndərovun bundan əvvəl soyğunçuluq cinayəti törətdiyi üçün məhkum olunduğu bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
Mediainfo.az