
Ötən il baş verən cinayətin üstü açıldı
Bakıda evdən külli miqdarda pul oğurlayan həbs edilib. Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, oğurluq hadisəsi ötən ilin aprelin 19-da baş verib. Həmin gün M.Müşfiq küçəsində İsgəndər Əzimovun evindən pəncərənin şüşəsini çıxarmaq yolu ilə 7900 manat və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsi və Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü bu ilin aprelin 28-də açılıb. Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü İsmayıl Vəliyev saxlanılıb.
Mediainfo.az
Digər xəbərlər