
Hövsan sakinini öldürən sürücü: "Özümü aktyorluğa vurmuşdum"
Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də saat 05:30 radələrində Hövsan-Türkan yolunda Hövsan qəsəbə sakini, 1980-ci il təvəllüdlü Teymur Əlimövsüm oğlu Mahmudovu avtomobillə vurub ölümünə səbəb olan xəsarət yetirən və hadisə yerindən qaçmaqda şübhəli bilinən naməlum sürücü və avtomobil müəyyən olunub.
Keçirilən təxirəsalınmaz tədbirlərlə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, sürücülük hüququ olmayan, 1985-ci il təvəllüdlü Vüsal Məhərrəm oğlu Paşayev idarə etdiyi "Daewoo Nexia" markalı avtomobillə saxlanılaraq istintaqa təhvil verilib.
"Vurdum adamı, qaçdım. Gedib bazardan şüşə aldım, bufer aldım, heç kimə heç nə demədim... Özümü qoymuşdum aktyorluğa".
Faktla bağlı istintaq, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Mediainfo.az