Narkotik alverçisinə hökm oxunub

Narkotik alverçisinə hökm oxunub

28 Aprel 2015 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında təqsirləndirilən Salamat Hacımuradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə S. Hacımuradov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salamat Hacımuradovdan xeyli miqdarda narkotik vasitə götürülüb. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsinə əsasən ittiham edilir.

Mediainfo.az