Zakir Qaralovun Baş prokurorluğu təsdiqlənib

Zakir Qaralovun Baş prokurorluğu təsdiqlənib

28 Aprel 2015 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin bu gün keçirilən iclasında baş prokurorun səlahiyyət müddətinin bitməsi və yenidən təsdiq olunması ilə bağlı sənədə baxılıb.

Apa-nın məlumatına görə, sənəd barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan Prezidentinin təqdimatı ilə baş prokuror Zakir Qaralovun yenidən növbəti beş illiyə baş prokuror təyin edilməsi təklif olunur.

Ə. Hüseynli Z. Qaralovun fəaliyyəti barədə məlumat verərək, bu fəaliyyəti yüksək qiymətləndirib.

Daha sonra Z. Qaralov növbəti beş illiyə baş prokuror təyin edilib.

İclasa qatılan Zakir Qaralov etimada görə prezident İlham Əliyevə təşəkkürünü bildirib: "Mən bu etimadı bütövlükdə prokurorluq orqanlarına böyük etimad kimi qiymətləndirirəm. Bu etimadı bundan sonra da yüksək səviyyədə doğrultmağa çalışacağıq".

Mediainfo.az