Tanınmış jurnalist vəfat edib

Tanınmış jurnalist vəfat edib

28 Aprel 2015 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış jurnalist, Yazıçılar Birliyinin üzvü, şair Böyükkişi Heydərli dünyasını dəyişib. O, bu gün səhər uzun ürən xərçəng xəstəliyindən vəfat edib.

Böyükkişi Heydərli 1950-ci ildə aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. İlk şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 1991-92-ci illərdə "Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin may ayından başlayaraq uzun müddət "Yeni musavat" qəzetində redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub.

Bir müddət yazıçı Qor təxəllüsü ilə çıxış edib. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir. 2001-ci ildə "Səmasız buludlar" adlı şeirlər kitabı işıq üzü görüb.

Allah rəhmət eləsin!

Mediainfo.az