Narkotik alverçisinə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin alverində təqsirləndirilən Ülvi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Prosesdə hökm oxunub. Hökmə əsasən, Ü. Əliyev 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ülvi Əliyev Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsi ilə təqsirləndirilir.
Mediainfo.az
Digər xəbərlər