Tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayıb

27 Aprel 2015 14:24
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Yarəli Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası mayın 4-nə təyin edilib.

Qeyd edək ki, Yarəli Dadaşovla münaqişə zəminində şəxsi münasibətlər zəminində tanışı Röyal Səfərovu qətlə yetirib.

Mediainfo.az