Rusiyada yerli sakinlərlə azərbaycanlılar arasında atışma olub

Rusiyada yerli sakinlərlə azərbaycanlılar arasında atışma olub

4 İyul 2011 16:24
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya mətbuatının verdiyi məlumata görə, iyulun 1-i gecə saatlarında Rusiyanın Sverdlovsk vilayətinin Verxnaya Pışma şəhərinin Saqra qəsəbəsində yerli sakinlərlə azərbaycanlılar arasında silahlı atışma olub. Baş verən insident nəticəsində Yekaterinburq sakini sinəsindən aldığı dörd güllə yarasından xəstəxanaya aparılarkən yolda keçinib. Atəşin kim tərəfindən açıldığı isə məlum deyil. Faktla bağlı təhqiqat aparılır. Bəzi məlumatlara görə, atışma etnik münaqişə zəminində baş verib. Silahlı insident əvvəllər yerli sakinlər tərəfindən qəsəbədən qovulan qaraçı narkotik alverçilərinə görə olub və onlar azərbaycanlıları da münaqişəyə sövq ediblər. Yerli sakinlərin bildirdiyinə görə, gecə yarı içərisində qafqazlıların olduğu bir neçə maşın qəsəbəyə gəlib. Və bu zaman tərəflər arasında silahlı toqquşma baş verib. Yerli sakinlər hüquq-mühafizə orqanlarının hərəkətindən də qəzəbləniblər. Belə ki, hadisə yerinə gələn polis işçiləri yalnız yerli sakinləri həbs ediblər. Sakinlərin sözlərinə görə, "azərilər" insidentdən sonra da qəsəbəyə gəlib dolaşıblar. Hazırda sakinlər baş verənlərlə bağlı prokurorluğa şikayət etmək niyyətindədirlər.

Bu da russayağı qonaqpərvərlik.

Tofiq Əliyev

O.M.