Xəzər rayonunda avtomaşın 4 nəfəri vurub

Xəzər rayonunda avtomaşın 4 nəfəri vurub

4 İyul 2011 15:36
Bəyəndim (0) Bəyənmədim (0)

Xəzər rayonu ərazisində yol qəzası baş verib. Zirə qəsəbə sakini Nazar Burcəliyev "VAZ- 2106" markalı avtomaşını idarə edərkən Əmircan qəsəbə sakinləri Hikmət Novruzovu, Vüqar Qövrəliyevi, Tural Heydərovu və Orxan Sadıqovu vurub. Nəticədə O. Sadıqov hadisə yerində ölmüş, xəsarət almış digərləri xəstəxanaya yerləşdirilmişlər. N.Novruzova tibbi yardım göstərildikdən sonra buraxılmış, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Yollarda ehtiyatlı olmaq lazımdır. Əks halda bu yollar başqa istiqamətə apara bilər.

Tofiq Əliyev

O.M.