
Moldovada azərbaycanlı yazıçı beş il iş alıb
Moldovada Rusiya yazıçısı və jurnalisti, əslən Azərbaycandan olan Eduard Bağırov barəsində qiyabi olaraq beş il müddətinə azadlıqdan məhrumetmə qərar çıxarılıb.
Apa-nın "İnterfax"a istinadən verdiyi məlumata görə, Kişinyov məhkəməsinin verdiyi qərar yazıçı saxlanıldığı gündən qüvvəyə minəcək.
E. Bağırov Moldovada ictimai-siyasi sabitliyi pozmağa cəhddə, 2009-cu il aprelin 5-də keçirilən parlament seçkilərinin nəticələrinə təsir məqsədilə təxribatçı hərəkətlər törətməkdə günahkar bilinir.
"Aşiqlər", "İdealist" "Qastrobayter" romanlarının müəllifi olan E. Bağırov 2011-ci ilin iyununda tutulub və dörd ay Kişinyovda təcridxanada saxlanılıb, sonra isə ev dustaqlığına buraxılıb.
Yazıçı oktyabrın 19-da Dnestryanı vasitəsilə Rusiyaya qaçdığı üçün rəsmi Kşinyov tərəfindən barəsində beynəlxalq axtarış elan edilib.
Mediainfo.az