Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

24 Aprel 2015 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda və Abşeron yarımadasında aprelin 25-də arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Azərbaycanın rayonlarında aprelin 25-də arabir yağış, dağlıq ərazilərdə sulu qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Mediainfo.az