SAYTLARA XƏBƏRDARLIQ! Bu gün erməni kiber qruplaşmaları saytlarımıza hücuma hazırlaşırlar

SAYTLARA XƏBƏRDARLIQ! Bu gün erməni kiber qruplaşmaları saytlarımıza hücuma hazırlaşırlar

24 Aprel 2015 13:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycanın, o cümlədən, Türkiyənin dövlət və özəl sektoruna aid saytlara erməni kiber qruplaşmaları tərəfindən planlaşdırılan hücumların həyata keçiriləcəyi gözlənilir.

Bu barədə Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin apardığı araşdırmada bildirilir. Qurum mümkün kiber hücumların qarşısının alınması və reaksiya müddətinin azaldılması üçün dövlət və özəl sektora aid informasiya sistemlərinə cavabdeh şəxsləri diqqətli olmağa çağırır.

Mediainfo.az