ANS yeni akademiyanın tikintisini də planlaşdırır

ANS yeni akademiyanın tikintisini də planlaşdırır

24 Aprel 2015 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda ANS Şirkətlər Qrupu telekanal üçün yeni binanın tikintisinə start verib. Telekanalın yeni binası Badamdar qəsəbəsində yerləşəcək. Şirkətlər qrupunun mərkəzi ofisi də bu binada yerləşəcək. Artıq tikinti üçün ərazi alınıb və layihələndirmə işləri başa çatdırılıb.

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov açıqlamasında xəbəri təsdiqləyib. M.Məmmədov bildirib ki, artıq tikinti işlərinə başlanılıb və binanın özülü qoyulub. Hazırda betonlama işləri davam etdirilir. M.Məmmədov əlavə edib ki, Badamdardakı ofisdən əlavə şirkət öz akademiyasını yaratmağı da planlaşdırır. Akademiya Qobu qəsəbəsində yerləşəcək və tikinti üçün ərazi artıq alınıb. Qeyd edək ki, ANS Şirkətlər Qrupu hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun binasında yerləşib. (lent)

Mediainfo.az