Tofiq Yaqublu bu gün yeddi günlük azadlığa buraxılacaq

Tofiq Yaqublu bu gün yeddi günlük azadlığa buraxılacaq

24 Aprel 2015 10:53
Bəyəndim (0) Bəyənmədim (0)
O, qızının dəfnində iştirak edəcək

Tofiq Yaqublu günün ikinci yarısı azadlığa buraxılacaq. Bu barədə musavat.com-a Müsavat başqanının həbsdə olan müavini T.Yaqublunun vəkili Nemət Kərimli məlumat verib.

Vəkilin sözlərin görə, o, bu gün səhər Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxlayıb və ona bildiriblər ki, T.Yaqublunun yeddi günlüyə azadlığa buraxılması iş gününün ikinci yarısında baş tutacaq. Buna səbəb zəruri sənədləşdirmə işləridir.

Xatırladaq ki, dünən siyasi məhbusun Rusiyanın Tomsk şəhərində yaşayan və ağır xəstəlikdən əziyyət çəkən qızı Nərgiz Yaqublu müalicə olunduğu xəstəxanada vəfat edib. Bu gün mərhumun cənazəsi Bakıya gətirələcək və qanunvericiliyə əsasən Tofiq Yaqublunun qızının dəfnində və hüzr məclisində iştirak etmək haqqı var. Qeyd edək ki, Nərgiz Yaqublu "Yeni Müsavat" qəzetinin əməkdaşı və gənc siyasi fəallardan idi.

Mediainfo.az