Penitensiar Xidmət Tofiq Yaqublunun azadlığa buraxılmasına icazə verib

Penitensiar Xidmət Tofiq Yaqublunun azadlığa buraxılmasına icazə verib

23 Aprel 2015 17:24
Bəyəndim (0) Bəyənmədim (0)

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti həbsdə olan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun müvəqqəti olaraq azadlığa buraxılmasına icazə verib.

Bunu Apa -ya açıqlamasında vəkil Nemət Kərimli deyib. O bildirib ki, Penitensiar Xidmət Tofiq Yaqublunun 7 gün müddətinə azadlığa buraxılmasına icazə verib. Vəkil hazırda sənədləşmə işlərinin aparıldığını və yaxın vaxtlarda T. Yaqublunun buraxılacağını söyləyib.

Qeyd edək ki, T. Yaqublunun qızı Nərgiz Yaqublu bu gün Rusiyanın Tomsk şəhərində dünyasını dəyişib. Onun hepatit xəstəliyindən əziyyət çəkdiyi və bir neçə gün əvvəl komaya düşdüyü bildirilir. N. Yaqublunun cənazəsi sabah Bakıya gətiriləcək.

Xatırladaq ki, T. Yaqublu 2013-cü il yanvarın 23-də İsmayıllı şəhərində baş vermiş hadisələrlə bağlı həbs olunub və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını 13 saylı cəzaçəkmə müəssisəsində çəkir.

Mediainfo.az