FHN Bakı Olimpiya Stadionunda təlim-məşq keçirəcək

FHN Bakı Olimpiya Stadionunda təlim-məşq keçirəcək

23 Aprel 2015 17:18
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 24-də Bakının Sabunçu rayonunda yerləşən Bakı Olimpiya Stadionunda Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvə və texnikalarının iştirakı ilə təlim-məşq keçiriləcək.

FHN-in mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, təlim-məşqin keçirilməsində əsas məqsəd Milli Stadionda keçiriləcək kütləvi idman tədbirləri zamanı mümkün fövqəladə halların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün şəxsi heyətin peşəkarlığının daha da artırılmasıdır.

Mediainfo.az