Cibgir ifşa edildi

Cibgir ifşa edildi

23 Aprel 2015 15:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda avtobusda oğurluq edən şəxs məsuliyyətə cəlb edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, aprelin 22-də 66 saylı xətt avtobusunda Bakı şəhər sakini Daxıl Nəzərovun cibindən 40 manat oğurlanıb. Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş paytaxt sakini Xaliq Səmədov tutulub.

Mediainfo.az