Ata və oğul cərəyana düşdü

Ata və oğul cərəyana düşdü

22 Aprel 2015 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Xəzər rayonunda faciəli hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Xaşaxuna bağlar sahəsində qeydə alınıb.

Xaşaxuna bağlar sahəsində yaşayan Əlisahib Məmmədovu və oğlu Orxanı evlərinin həyətində elektrik cərəyanı vurub. Əlisahib Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, Orxanın vəziyyəti ağırdır.

Mediainfo.az