Göyçayda yeni məktəblər salınmaqdadır

Göyçayda yeni məktəblər salınmaqdadır

4 İyul 2011 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay rayonunda orta ümumtəhsil məktəbləri üçün yeni binaların inşası, əsaslı təmiri, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülməkdədir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, rayonun Şıxbəy kənd orta məktəbi üçün yeni binanın inşası davam etdirilir. Bina ikimərtəbəli, 180 şagird yerlikdən ibarətdir. Qazanxana və idman zalı da artıq hazır vəziyyətdədir. İstilik sistemi quraşdırılıb.

Qaraməryəm kənd məktəbində aparılan əsaslı yenidənqurma işləri də başa çatmaq üzrədir. 1300 yerlik Göyçay şəhər 3 saylı orta məktəbin və Göyçay şəhər Peşə Liseyinin əsaslı təmirinə başlanılıb. Bu binaların yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulub deyə, qızğın iş gedir.

Uşaqlar cəmiyyətin gələcəyidir. Gələcəksə təhsillə gələcək.

Könül Aypara

O.M.