AKP-çi halallıq istəyib intihar etdi

AKP-çi halallıq istəyib intihar etdi

21 Aprel 2015 16:29
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda AKP gənclik təşkilatının sədri Aydın Soyuqçeşme intihar edib.

Mediainevs.az-ın məlumatına görə, intiharın səbəbləri hələ ki, məlum deyil. İlkin məlumatlara əsasən A. Soyuqçeşmə həyat yoldaşına zəng edərək halallıq istəyib. O, daha sonra tapançasını gicgahına dayayaraq tətiyi çəkib. 28 yaşlı mərhumun 1 uşağı olduğu bildirilib. Hadisə yerinə gələn polislər araşdırma aparıb. A. Soyuqçeşmənin cəsədi tibbi ekspertizaya göndərilib.

AKP Torbali rayon təşkilatının sədri Həsən Akbıyık mərhuma rəhmət diləyib və hadisədən sarsıldıqlarını bildirib.

Mediainfo.az