Sərxoşluğa görə işdən qovulan rəis müavininin yerinə təyinat olub

Sərxoşluğa görə işdən qovulan rəis müavininin yerinə təyinat olub

21 Aprel 2015 16:22
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan daxili işlər orqanlarında kadr təyinatı olub. "Report" xəbər verir ki, müvafiq əmrə əsasən, polis kapitanı Kənan Abışov Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci Polis Bölməsinin (PB) rəis müavini təyin edilib.

K.Abışov bu təyinata qədər Binəqədi RPİ-nin Cinayət Axtarış Şöbəsinin (CAŞ) baş əməliyyat-müvəkkili vəzifəsində çalışıb.

Qeyd edək ki, 38-ci PB-nin keçmiş rəis müavini polis polkovnik-leytenantı Şərifov Rafiq Vaqif oğlu bir neçə gün əvvəl sərxoş vəziyyətdə avtomobil idarə edən zaman Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol polisləri tərəfindən saxlanılmışdı. Keçmiş rəis müavini yol polislərinə hörmətsizlik etdiyi və onlara tabesizlik göstərdiyi üçün onun barəsində Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsində araşdırma aparılmışdı və R.Şərifov polis sıralarından xaric edilmişdi.

Mediainfo.az