Xədicə İsmayılovanın məhkəməsi təxirə salındı

Xədicə İsmayılovanın məhkəməsi təxirə salındı

21 Aprel 2015 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılovaya verilən pul cəzası ilə bağlı apellyasiya şikayətinə baxılıb.

Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə "bayraqdar" ləqəbli Elman Türkoğlu və onun nümayəndəsi prosesdə iştirak etmədiyi üçün təqsirləndirilən tərəf prosesin təxirə salınmasını istəyib. Apellyasiya şikayəti aprelin 28-ə təxirə salınıb.

Qeyd edək ki, Elman Məmmədov (Türkoğlu) şərəf ləyaqətinin jurnalist Xədicə İsmayılova tərəfindən təhqir olunduğu ilə bağlı məhkəməyə müraciət edib. X. İsmayıla Cinayət Məcələsinin 147-ci maddəsi ilə cinayət işi başlanıb. Birinci instansiya məhkəsi jurnalist Xədicə İsmayılovaya 2500 manat cərimə təyin edib. Jurnalist qərardan apellyasiya şikayəti verib.

Mediainfo.az