Kafelərdən oğurluq edən qardaşlar

Kafelərdən oğurluq edən qardaşlar

21 Aprel 2015 15:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nərimanov rayonunda kafelərdən oğurluq edən iki qardaş yaxalanıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən 1988-ci il təvəllüdlü Yusif Gülmirzə oğlu Nəzərov və qardaşı 1991-ci il təvəllüdlü Cavid tutulub.

Onlar aprelin 14-də Bakı şəhər sakinləri Anar Səfərəliyevə məxsus, Mayakovski küçəsində yerləşən kafedən, hasardan keçməklə 25 ədəd stul, aprelin 18-də isə Misir Əliyevə məxsus, Heydər Əliyev prospektində yerləşən kafedən, qapını açar seçmə yolu ilə açmaqla tütün məmulatları, 150 manat və posterminal oğurlayıblar.

Mediainfo.az