
Qonşusunun evini oğurlayan tutulub
Zərdab rayonunda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb. Apa-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Seyidlər kəndində baş verib. Kənd sakini 1974-cü il təvəllüdlü Rza Bayramov evindən pul və qızıl-zinət əşyaları oğurlanması barədə rayon Polis Şöbəsinə məlumat verib.
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış-tədbirləri nəticəsində R. Bayramovun qonşusu 1990-cı il təvəllüdlü İntiqam Məmmədov saxlanılıb. İlkin dindirmə zamanı İ. Məmmədov oğurluq etdiyini etiraf edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər