I ixtisas qrupu üzrə abituriyentlərə "Buraxılış vərəqələr"inin paylanılmasına start verilib

I ixtisas qrupu üzrə abituriyentlərə "Buraxılış vərəqələr"inin paylanılmasına start verilib

4 İyul 2011 11:29
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 10-da keçiriləcək I ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmək üçün "İmtahana buraxılış vərəqləri"nin verilməsinə başlanılıb. I ixtisas qrupu üzrə 34 988 abituriyent sənəd verib və onlardan 31707-si Azərbaycan, 3281-i isə rus bölməsinin məzunlarıdır. İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan və Gəncə şəhərlərində təşkil olunacaq. I ixtisas qrupları üzrə ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər ixtisas seçimi mərhələsində iştirak etmək şansı əldə edəcəklər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Bütün abituriyentlərə uğurlar.

Könül Aypara

O.M.