
Gədəbəydə motosiklet aşıb
Bakı şəhər sakini Gədəbəydə yol qəzasında ölüb.
Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, aprelin 20-də saat 13 radələrində Gədəbəy rayonunun Nərimankənd kəndində Bakı şəhər sakini Əziz Əsgərov idarə etdiyi "Yamaha" markalı dövlət qeydiyyat nişanları olmayan motosikleti aşırıb. Nəticədə Ə.Əsgərov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər