Sabah hava küləkli olacaq

Sabah hava küləkli olacaq

21 Aprel 2015 13:08
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 22-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam havanın tutqun olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək və güclənəcək. Havanın temperaturu gecə 5-8, gündüz 11-15 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-15, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 8-13 isti olacaq.

Tibbi meteoloji proqnoza gəlincə, aprelin 22-23-də Abşeron yarımadasında xəzri küləyinin güclənməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Mediainfo.az