Kürdəmirdə qadın özünü öldürüb

Kürdəmirdə qadın özünü öldürüb

20 Aprel 2015 17:10
Bəyəndim (0) Bəyənmədim (0)

Kürdəmir rayonunda intihar hadisəsi baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Atakişili kənd sakini, 1959-cu il təvəllüdlü Minayə Nəsirova özünü yaşadığı mənzildə asaraq intihar edib.

Bildirilir ki, 56 yaşlı M.Nəsirova daha əvvəl də zəhərli məhlul içərək özünü öldürməyə cəhd edib. O, kəskin baş ağrılarından əziyyət çəkirmiş.

Qeyd edək ki, intihar edən qadın Kürdəmir şəhərindəki musiqi məktəbində xadimə işləyirmiş

Mediainfo.az