Narkotik alverçisinə hökm oxunub

Narkotik alverçisinə hökm oxunub

20 Aprel 2015 16:31
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəran Rayon Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Lənkəran sakini Azər Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə hökm oxunub. Hökmə əsasən, A. Rəhimov 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A. Rəhimov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham edilir. İstintaq materiallarına əsasən, A. Rəhimov saxlanılan zaman üzərindən 0,214 qram heroin tapılıb. İlkin ifadəsində A. Rəhimov törətdiyi əməldən peşman olduğunu, maddi sıxıntılarının olduğu üçün bu addımı atdığını deyib.

Mediainfo.az