Narkotik maddə götürülüb - FOTO

Narkotik maddə götürülüb - FOTO

20 Aprel 2015 15:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini saxlanılıb.

Bərdə Rayon Polis Şöbəsindən Apa-nın Qarabağ bürosuna verilən xəbərə görə, daxil olmuş əməliyyat məlumatı əsasında rayon sakini Cəfərov Tələt Allahyar oğlunun üzərinə baxış keçirilib. T. Cəfərovun cibindən 10 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ilkin ifadəsində bildirib ki, təxminən 400 qrama qədər narkotik vasitəni yaşadığı yerin yaxınlığında, Tərtər çayının sahilində atılmış köhnə avtomobilin yük hissəsinin içərisində gizlədib.

Həmin əraziyə baxış keçirən asayiş keşikçiləri 395 qram narkotik vasitəni aşkarlayaraq maddi sübut kimi istintaqa təhvil veriblər.

Tələt Cəfərov əvvəllər də məhkum olunub. Onun sonuncu məhkumluğunun çəkilməmiş 3 ay 20 günü qalır.

Təqsirləndirilən şəxs ailəlidir, iki azyaşlı övladı var.

Mediainfo.az