
Tanınmış jurnalist ölümdən döndü...
"Allahın sevilən bəndəsiyəmmiş..."
Bu gün səhər saatlarında "Nizami" metrostansiyasının yaxınlığındaykən jurnalist Gülnarə Bağırovanın həyatı təhlükə ilə üz-üz qalıb. "İşə gedirdim. Qəfildən səs eşitdim. Baxdım ki, düz yanımdakı maşının damına iri bir daş düşdü. Şox güman ki, külək hardansa daşı silkələyib qoparıb. Hər şey ola bilərdi. Şükür Allaha, sevilən bəndəsiyəmmiş demək ki", - deyə Mediainfo.az-a açıqlama verən Gülnarə xanım təhlükə ilə üz-üzə qalmasından qorxduğunu bildirdi.
Hazırladı: Könül Aypara
Digər xəbərlər