Milli parkların sayı artırılacaq

Milli parkların sayı artırılacaq

4 İyul 2011 09:00
Bəyəndim (0) Bəyənmədim (0)

"2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə tədbirlər planında (2011-2015-ci illər) Samur-Yalama Milli Parkının, Zaqatala Biosfer Rezervatının və Qızılağac Dənizkənarı Milli Parkının yaradılması nəzərdə tutulub. Meşə bərpası işlərinin genişləndirilməsi, meşə sahələrinin ümumi torpaq sahələrinə olan nisbətinin 12,5 faizə çatdırılması, atmosfer havasının qorunması, nəqliyyatın hərəkətindən yaranan səs-küyün azaldılması məqsədi ilə yolqoruyucu yaşıllıqların salınması da tədbirlər planında qeyd edilib.

Sənəddə əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün kənd yerlərində su mənbələrinin qeydiyyata alınması və sanitar-mühafizə zonalarının müəyyən edilməsi, daşqınla bağlı zonaların xəritələşdirilməsi, mütəmadi olaraq proqnozların müvafiq qurumlara çatdırılması öz əksini tapıb.

2015-ci ilədək ətraf mühit üzrə Gəncə, Masallı, Quba, Şirvan və Şəkidə regional kompleks monitorinq laboratoriyaları yaradılacaq.

Adama bir ağac əkək.

Könül Aypara

O.M.