Prezidentin təyyarəsində qorxulu anlar

Prezidentin təyyarəsində qorxulu anlar

17 Aprel 2015 18:12
Bəyəndim (0) Bəyənmədim (0)

Serbiya prezidenti Tomislav Nikoliç təyyarəsində texniki problem baş verib.

ANS-in məlumatına görə, prezident təyyarəsi havada olarkən mühərriklərdən biri dayanıb. Tomislav Nikoliç Vatikana səfəri zamanı hava gəmisində texniki qüsur yaranıb.

Adriatik dənizinin üzərində, 10 min metrlik hündürlükdə baş verən hadisə nəticəsində təyyarə Belqrada qayıtmağa məcbur olub.

Peşəkar ekipaj təyyarəni sağ-salamat yerə endirə bilib. Xoşbəxtlikdən hadisə insan tələfatı baş vermədən nəticələnib. Heç kim fövqəladə hadisədən zərər çəkməyib.

Serbiya prezidenti İtaliyaya səfərini təxirə salmağa məcbur olub. Prezidentin məsləhətçisi Stanislava Pak Stankoviç bildirib ki, dövlət başçısı tezliklə yeni səfərin vaxtını açıqlayacaq.

Mediainfo.az