Narkotik alverində təqsirləndirilənə bəraət verilib

Narkotik alverində təqsirləndirilənə bəraət verilib

17 Aprel 2015 17:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Apellyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Araz İsazadənin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Məhkəmənin qərarı ilə onun barəsində çıxarılan hökm ləğv edilib və bəraət hökmü çıxarılıb.

Qeyd edə ki, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsinə əsasən təqsirləndirilən A. İsazadə Qaradağ Rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Mediainfo.az