Rəsul Cəfərovla bağlı bəyanat yayıldı

Rəsul Cəfərovla bağlı bəyanat yayıldı

16 Aprel 2015 15:27
Bəyəndim (0) Bəyənmədim (0)

Müsavat Partiyası hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində məhkəmənin 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verməsi ilə bağlı bəyanat yayıb.

Müsavat Partiyası məhkəmənin siyasi sifariş əsasında qəbul etdiyi bu qərarı hakimiyyətin QHT-lərə və insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlara qarşı repressiya siyasətinin davamı hesab edir. Məhkəmənin bu hökmünü vətəndaşların fundamental hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən Azərbaycan vətəndaşlarını siyasi fəaliyyətdən çəkindirmək, cəmiyyətdə xof yaratmaq cəhdi kimi qiymətləndirir.

Müsavat Partiyası vicdan məhbusu Rəsul Cəfərovun və digər siyasi məhbusların qeyd-şərtsiz olaraq dərhal azadlığa buraxılmasını tələb edir.

Mediainfo.az